Modern.az

Daşkəsənə dolu yağdı

Daşkəsənə dolu yağdı

Aktual

21 İyun 2020, 14:59

Qərb bölgəsinin dağlıq rayonlarından Daşkəsənə leysan xarakterli yağış yağır, dolu düşüb. Modern.az-ın məlumatına görə, küləklə müşahidə olunan güclü yağış və dolu rayonda bəzi fəsadlar yaradıb. 

Daşkəsən şəhəri ilə yanaşı, bəzi kənd və qəsəbələrdə də meyvə ağaclarına, əkin sahələrinə qismən zərər dəyib. Kəskin hava şəraiti avtomobil yollarında nəqliyyatın hərəkətinə də çətinliklər yaradıb.

Hazırda küləkli və yağıntılı hava şəraiti davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?