Modern.az

Britaniyada COVİD-19 qurbanlarının sayı 42 632-yə çatdı

Britaniyada COVİD-19 qurbanlarının sayı 42 632-yə çatdı

Aktual

21 İyun 2020, 19:03

Böyük Britaniyada daha 43 nəfər koronavirusdan ölüb.


Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da koronavirusdan ölənlərin sayı 42 632 nəfərə çatıb.

 

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, son sutkada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 1 221-dir. Bununla da Britaniyada COVID-19-a yoluxanların ümumi sayı 304 331 nəfərə çatıb.

Məlumata görə, ötən gün krallıq ərazisində virusdan ölənlərin sayı 128 nəfər təşkil edib, 1 295 nəfər COVID-19-a yoluxub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək