Modern.az

Tanınmış DJ güllələndi

Tanınmış DJ güllələndi

Aktual

21 İyun 2020, 20:14

Türkiyənin Koceli şəhərində böyük kütlə tərəfindən tanınan DJ Ləvənt Bat güllələnib.

Modern.az xəbər verir ki, tanınmış DJ-in öz dostu İbrahim Ö. tərəfindən qətlə yetirildiyi bildirilib.

Məlumata görə, İbrahim Ö. dostunun evinə gəlib və atəş açaraq onu yaralayıb. Hadisə yerinə gələn həkimlərin bütün müdaxilələrinə rəğmən musiqiçinin həyatını xilas etmək mümkün olmayıb.

İbrahim Ö. dostunu zarafat əsnasında bilmədən vurduğunu iddia edib.

Artıq hadisə ilə bağlı cinayət işi açılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?