Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 12 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4753-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 257 749 insanda (son sutkada 625 nəfər) koronavirus aşkar olunub. Ümumilikdə 205 649 xəstə sağalıb.