Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 2026-cı ilin ilk doqquz ayında 9 milyard ABŞ dollarını keçib.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.
“İtaliya ticarət dövriyyəsinə görə Azərbaycanın bir nömrəli tərəfdaşıdır. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 12 milyard ABŞ dolları olub”, – nazir bildirib.
Bayramovun sözlərinə görə, Azərbaycanda qeydiyyatdan keçmiş 167 İtaliya şirkətindən 124-ü hazırda fəaliyyət göstərir. Bakıda keçirilən Azərbaycan–İtaliya biznes forumuna isə iki ölkədən 200-ə yaxın şirkət qatılıb.