Modern.az

Tanınmış futbolçu azadlığa çıxdı

Tanınmış futbolçu azadlığa çıxdı

Aktual

25 Avqust 2020, 08:09

Paraqvaylı hakimi Qustavo Amarilya keçmiş braziliyalı futbolçu Ronaldinyo və qardaşı Roberto de Assisunun ev dustaqlığından azad edilməsi barədə qərar verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hakimin qərarına görə Ronaldinyo və qardaşı artıq Braziliyaya qayıda bilər. Robert de Assis 2 il şərti cəzaya, bundan əlavə hər ikisi 200 min dollar məbləğində cərimə ödəməyə məhkum ediliblər.

 

Ronaldinyo və qardaşı saxta pasportlarla Paraqvaya gələrkən martın 4-də paytaxt Asunsyonda tutulublar. Onların otel otaqlarında edilən axtarış zamanı adlarına saxta Paraqvay pasportları aşkarlanıb. Daha sonra məhkəmə ölkəni tərk edə biləcəklərindən qorxaraq məşhurları istintaq təcridxanasında, aprelin əvvəlində isə girov müqabilində buraxılan məhşur futbolçu və qardaşı Asunsyondakı otellərdən birində ev dustaqlığında saxlanılıblar.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV