Bakıda itkin düşən azyaşlı tapılıb.
Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda olub. 2015-ci il təvəllüdlü Emil Nəzərli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlı rayon ərazisindəki "Koala park"dan tapılıb. Uşaq ailə üzvlərinə təhvil verilib.