Modern.az

Rüşvətə görə tutulan məmurun həbs müddəti uzadıldı

Rüşvətə görə tutulan məmurun həbs müddəti uzadıldı

Aktual

25 Avqust 2020, 11:40

Binəqədi Rayon Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsinin rüşvətə görə tutulan vəzifəli şəxsi - Pərviz İsgəndərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

 

Modern.az-ın məlumatına görə, hakim Fərid Əmrəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, təqdimat təmin edilib və onun barəsində olan həbs müddəti uzadılıb.

 

Qeyd edək ki, DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsin əməkdaşları tərəfindən saxlanılıb.

 

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində P.İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və P. İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV