Modern.az

Ana südü koronavirusa yoluxmanın qarşısını alır

Ana südü koronavirusa yoluxmanın qarşısını alır

Aktual

25 Avqust 2020, 11:52

Hollandiyalı elm adamları ana südünün tərkibində koronavirusun qarşısını alacaq miqdarda antikor olduğunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, Hollandiyanın paytaxtı Amsterdamda həyata keçirilən araşdırmada ana südünün koronavirusdan qoruyucu xüsusiyyəti olduğu və xüsusilə risk qrupundakı şəxslərin də virusdan ana südü vasitəsi ilə qoruna biləcəyi ortaya çıxıb.

 

Sözügedən araşdırma zamanı elm adamları daha əvvəl koronavirusa yoluxan və sağalan 30 qadının südü üzərində araşdırma aparıb. Aparılan sınaqlarda qadınların hər birinin südünün koronavirusun qarşısını alacaq gücdə antikor miqdarına sahib olduğu müəyyən edilib.

 

Digər tərəfdən ana südündəki antikorların pasterizasiya yolu ilə məhv olmadığı, beləliklə ısidilib daha sonra dondurulduqdan sonra da qoruyucu xüsusiyyətini itirmədiyi ifadə edilib.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV