Modern.az

“Qarabağ” - “Şerif” oynunun hakimləri DƏYİŞDİ

“Qarabağ” - “Şerif” oynunun hakimləri DƏYİŞDİ

Aktual

25 Avqust 2020, 12:40

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Şerif”lə (Moldova) keçirəcəyi oyunun hakimlər briqadası dəyişdirilib.

 

Modern.az-ın məlumatına görə, UEFA Ukraynadan olan hakimləri Bakıya göndərmək qərarına gəlib.

 

Qitə futbol qurumu avqustun 19-da qazaxıstanlı referiləri bu matça təyin etsə də, qərarında dəyişiklik edib. Görüşü ukraynalı Mikola Balakin idarə edəcək. Ona həmyerliləri Viktor Matyaş və Sergey Pristupa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?