Modern.az

Liseylərin V siniflərinə qəbul üzrə müsabiqə keçirilib

Liseylərin V siniflərinə qəbul üzrə müsabiqə keçirilib

Aktual

25 Avqust 2020, 15:52

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqə keçirilib.

 

İdarədən Modern.az-a verilən məlumata görə, BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid 45 sualdan ibarət test tapşırığını yerinə yetiriblər.

 

V sinfə qəbul üzrə müsabiqədə sualların cavablandırılması üçün şagirdlərə 90 dəqiqə vaxt verilib.

 

Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə qəbul üçün müsabiqədə 634 nəfər iştirak edib.

 

Şagirdlərin nəticələri gələn həftə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək. Eyni zamanda cavabları müvafiq liseylərdən də öyrənmək mümkündür.

Sizə yeni x var
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı