Modern.az

Azərbaycan qadınları Anna Akopyanı  ittiham etdilər: “Sülhpərvər dona” bürünmüşdü”

Azərbaycan qadınları Anna Akopyanı  ittiham etdilər: “Sülhpərvər dona” bürünmüşdü”

Aktual

21 Sentyabr 2020, 16:18

Qarabağ Azadlıq Təşkilatının (QAT) qadınları işğalçı Ermənistanın baş nazirinin arvadı Anna Akopyanın  Dağlıq Qarabağ bölgəsinə gələrək növbəti dəfə qanunsuz hərbi təlimlərdə iştirak etməsinə və səngərdə uzanaraq avtomatla Azərbaycan mövqelərini nişan aldığını göstərən fotolarını yaymasına kəskin etiraz edərək bəyanat qəbul edib.

Modern.az-ın məlumatına görə, bəyanatda deyilir: “Ermənistanın 30 ildir Azərbaycanın ayrılmaz ərazisi  Dağlıq Qarabağı işğal altında saxladığı, rəsmi İrəvanın dünya birliyinin "azad et!" tələbinə məhəl qoymadığı, Azərbaycanla cəbhə xəttində dəfələrlə təxribatlar törətdiyi, Tovuz istiqamətində Azərbaycanın ərazi bütövlüyünə növbəti cəhdi hər kəsə bəllidir.

Anna Akopyan Tovuz təxribatını, Paşinyanın başçılıq etdiyi hökumətin  terrorçu hərəkətlərini unutdurmaq üçün "sülhpərvər dona" bürünərək Azərbaycan analarına müraciət etdi. 2018-ci ildə özünü regionda sülhün müdafiəçisi kimi təqdim edən və "Sülh uğrunda qadınlar” kampaniyasına azərbaycanlı qadınları da dəvət edən Anna Akopyanın qadınlarla Azərbaycan  torpağı olan Dağlıq Qarabağda  qanunsuz təlim keçməsi işğalçı Ermənistan dövlətinin ikiüzlü  siyasətindən xəbər verir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?

Əlbətdə ki, erməni tərəfinin sülh istəməsi onların məkirli siyasətinə xidmət edir. Çünki bu müddət ərzində onlar işğalçılıq siyasətini daha da genişləndirir, xaricdə yaşayan erməni ailələrini Qarabağa yerləşdirərək özününküləşdirmə siyasətini sürələndirir, bir sözlə sülh və atəşkəs rejimindən çox məharətlə yararlanır. Sadəcə, dünya birliyinin bunlara bilərəkdən susması, Ermənistanın bütün sülh şərtlərini pozmalarına göz yumması, Azərbaycana ikili yanaşmaları açıq aydın özünü göstərir. Bu baxımdan dünya birliyini bu yanaşmaya son qoymağa çağırır və  BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarını yerinə yetirərək Ermənistanın işğalçı qüvvələrinin  işğal olunmuş Azərbaycan  ərazilərini dərhal tərk etmələrini tələb edirik”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV