Modern.az

Lənkəranda regional turizm idarəsi açılır

Lənkəranda regional turizm idarəsi açılır

Aktual

21 Sentyabr 2020, 16:08

Sentyabrın 22-də Lənkəran Destinasiya Menecmenti Təşkilatının (regional turizm idarəsinin) açılışı baş tutacaq.

 

Dövlət Turizm Təşkilatından Modern.az-a verilən məlumata görə, Destinasiya Menecmenti Təşkilatları (DMT) Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın bölgələrində turizmin inkişafı, təşviqi və idarə olunması məqsədilə yeni struktur vahidi kimi təsis olunur.

 

Lənkəran DMT 2019-cu ildə açılmış Quba DMT və Şəki DMT-dən sonra sayca 3-cü regional turizm strukturudur.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?