Modern.az

Metroda koronavirusla mübarizə tədbirləri iki istiqamətdə aparılır - Bəxtiyar Məmmədov

Metroda koronavirusla mübarizə tədbirləri iki istiqamətdə aparılır - Bəxtiyar Məmmədov

Aktual

15 Oktyabr 2020, 13:00

Bakı metrosunda dezinfeksiya işlərinin  gücləndirilməsi və sərnişinlərin mövcud qaydaya riayət etməsi istiqamətinə nəzarət tədbirləri davam etdirilir.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

B.Məmmədovun sözlətinə görə, koronavirus pandemiyası ilə mübarizə tədbirləri iki istiqamətdə aparılır:

 

“Hazırda nəzarət tədbirləri gücləndirilib. Ən vacib məsələlərdən biri dezinfeksiya tədbirlərinin tam qaydalara uyğun şəkildə aparılmasıdır. Cari dövrdə sərnişin axını nəzərə alınaraq, dezinfeksiya tədbirlərimiz daha da intensivləşdirilib. Tərəfimizdən sərnişinlər sosial məsafəyə riayət etməyə dəvət olunur. Ümumiyyətlə, bu gün hər kəs öz üzərinə düşən məsuliyyəti hiss etməli və mövcud qaydalara riayət etməlidir ki, əsgərlərimizin gözü yolda qalmasın”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV