Modern.az

Bu gün Milli Qəhrəman Çingiz Qurbanovun şəhadət günüdür - FOTOLAR

Bu gün Milli Qəhrəman Çingiz Qurbanovun şəhadət günüdür - FOTOLAR

Aktual

29 Dekabr 2020, 18:10

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, igid əsgər Çingiz Qurbanovun şəhid olduğu gündür.

 

Modern.az xəbər verir ki, 2016-cı il dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olan Çingiz Qurbanovun ölümündən bu gün 4 il ötür.

 

Təxribatın qarşısını alarkən Milli Qəhrəman Çingiz Qurbanovun nəşi bir aydan çox qarşı tərəfdə qalıb. Aparılan danışıqlar nəticəsində şəhid Çingiz Qurbanovun meyiti 2017-ci il fevral ayının 5-də Azərbaycana qaytarılıb. Qusar şəhər şəhidlər xiyabanında dəfn edilən Çingiz Qurbanov ölümündən sonra göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Bu gün Milli Qəhrəman Çingiz Qurbanovun məzarı Qusarda ziyarət edilib. Qarabağ əlilləri, veteranları və Şəhid ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətovun məlumatına görə, pandemiya səbəbindən geniş kütlə qatıla bilməsə də ictimaiyyət nümayəndələrinin bir qrupu şəhid Çingiz Qurbanovun məzarını və Qusar şəhərindəki Xatirə kompleksini ziyarət edib. Azərbaycan Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov oğlunun xatirəsinə hörmətlə yanaşan hər bir kəsə təşəkkür edib, Prezident İlham Əliyevin şəhidlərə olan xüsusi diqqətindən danışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı