Modern.az

Daha 15 müəssisə Rusiyaya pomidor sata biləcək

Daha 15 müəssisə Rusiyaya pomidor sata biləcək

Aktual

29 Dekabr 2020, 21:24

“Gələn il yanvarın 1-dən etibarən Azərbaycanın daha 15 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib”.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üçün Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.

 

Qeyd edilib ki, danışıqların nəticələrinə əsasən, təqdim olunmuş məlumatlara uyğun olaraq və Azərbaycan Respublikasının səlahiyyətli qurumunun zəmanəti ilə “Rosselxoznadzor” 2021-ci il yanvarın 1-dən etibarən 15 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilməsini mümkün sayıb.

 

Qeyd edək ki, bundan əvvəl “Rosselxoznadzor” daha 17 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə vermişdi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?