Modern.az

Güclü külək zamanı qadının başına dam örtüyü düşdü

Güclü külək zamanı qadının başına dam örtüyü düşdü

Aktual

23 Mart 2021, 18:30

Sumqayıtda dam örtüyü 42 yaşlı qadının başına düşüb.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

 

Belə ki, güclü külək yaşayış binasının dam örtüyünü qoparıb, dam örtüyü binanın həyətindən keçən 42 yaşlı Sevinc Rəsulovanın başına düşüb. Qadın baş və bədənin müxtəlif nahiyələrindən ağır zərbələr alıb.

 

S.Rəsulova hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətindədir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi