Modern.az

Netanyahunun partiyası qalib gəldi - “Exit poll”

Netanyahunun partiyası qalib gəldi - “Exit poll”

Aktual

24 Mart 2021, 01:00

İsrailin Baş naziri Binyamin Netanyahunun rəhbəri olduğu "Likud" Partiyası ölkədə çərşənbə axşamı Knessetə (parlament) keçirilmiş seçkilərdə qalib gəlib və 120 yerdən 31-ni əldə edə bilər.

 

Modern.az xəbər verir ki, bunu ölkənin “Kan” dövlət radiostansiyası tərəfindən keçirilmiş “exit poll”un nəticələri göstərir.

 

Nəticələr seçki məntəqələrinin yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 00:00) bağlanmasından sonra açıqlanıb.

 

Qeyd edilir ki, seçkilərin nəticələrindən sonra parlamentdə ikinci yeri 18 deputat mandatı ilə müxalifətçi Yair Lapidin “Eş Atid” tuta bilər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı