Modern.az

Goranboyda Olimpiya-İdman Kompleksi tikilir

Goranboyda Olimpiya-İdman Kompleksi tikilir

Aktual

30 Mart 2021, 10:38

Prezident İlham Əliyevin tapşırığı əsasında, Goranboy şəhər Olimpiya-İdman Kompleksinin tikinti işləri yekunlaşmaq üzrədir.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhər Olimpiya-İdman Kompleksində aparılan tikinti işləri ilə yerində tanış oldu, burada tikinti işlərini həyata keçirən podratçı təşkilatın nümayəndələri ilə görüşüb.

 

İcra Başçısı  tikinti işlərinin vaxtında və keyfiyyətlə yekunlaşdırılması, həmçinin kompleksin elektrik enerjisi, istilik təhcizatı, su və digər  infrastruktur təminatı ilə bağlı müzakirələr apardı, qeyd olunan məsələlərlə əlaqədar, aidiyyəti məsul şəxslərə tapşırıqlarını bildirdi. Hazırda burada aparılan tikinti işlərinə 100 nəfərdən çox işçi qüvvəsi cəlb edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi