Modern.az

Xankəndidə ermənilər arasında dava - Yaralananlar var

Xankəndidə ermənilər arasında dava - Yaralananlar var

Aktual

30 Mart 2021, 14:00

Azərbaycanın Xankəndi şəhərində “Sofiya” ticarət və əyləncə mərkəzində ermənilər arasında baş verən dava-dalaş nəticəsində 3 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı “news.am” yayıb.

 

Bildirilib ki, Ermənistanın Ararat vilayətinin 31 yaşlı sakini M.Akopyan, Yerevanın 44 yaşlı sakini A.Karapetyan və Xankəndinin 39 yaşlı sakini S.X. arasında mübahisə sonradan bıçaqlanma ilə davam edib. Nəticədə Ermənistan vətəndaşları müxtəlif dərəcəli bıçaq yarası alıb, Xankəndi sakininin isə burun sümüyü sınıb.

 

Hadisənin səbəbi araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?