Modern.az

İraq İrana olan 2,6 milyard dollarlıq borcunu ödəmir

İraq İrana olan 2,6 milyard dollarlıq borcunu ödəmir

Aktual

30 Mart 2021, 14:25

İraq ABŞ-ın sanksiyaları üzündən İrana olan 2,6 milyard dollarlıq təbii qaz borcunu ödəyə bilməyəcəyini açıqlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İraqın Energetika Nazirliyinin sözçüsü Əhməd əl-İbadi “Es-Sabah”-a açıqlama verib.

Əhməd əl-İbadi bildirib ki, ölkəsinin elektrik ehtiyacını ödəmək üçün İrandan idxal olunan təbii qaz borcunu ABŞ-ın 2018-ci ildən bəri İrana tətbiq etdiyi embarqolara görə ödəyə bilmir:

 

“İrana ödəniləcək məbləğin 2,6 milyard dollar civarında olduğunu, ancaq Bağdaddan Tehrana pul köçürülməsinin mümkün olmadığını söyləyən İbadi, İranın da təbii qaz ixrac etmək istəmədiyini vurğulayıb. İran gündəlik təbii qaz ixracatını 50 milyondan 22 milyon kubmetrə endirib”.

 

Mehri QURBAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi