Modern.az

Türkiyədə koronavirusa yoluxmuş azərbaycanlı politoloqdan xəbər var

Türkiyədə koronavirusa yoluxmuş azərbaycanlı politoloqdan xəbər var

Aktual

30 Mart 2021, 16:23

Türkiyədə yaşayan azərbaycanlı politoloq, Kahraman Maraşdakı "Sütçü İman” universitetinin professor Toğrul İsmayılın koronavirusa yoluxduğu barədə xəbər vermişdik.

Modern.az-ın məlumatına görə, bir müddət əvvəl ağır vəziyyətdə Ankaradakı xəstəxanalardan birinə yerləşdirilən Toğrul İsmayılın səhhətində irəliləyiş var.

T.İsmayılın dostu və həmkarı, politoloq Elxan Şahinoğlu onunla bu gün danışdığını bildirib:

“İndicə Toğrul İsmayılla danışdım. Bir müddət əvvəl koronavirusa yoluxmuşdu, Allaha şükür, ağır günləri arxada qalmaq üzrədir, hələ ki, xəstəxanadadır. Bütün dostlara salam göndərdi. Sağalıb ailəsinin və dostlarının yanına qayıtmasını səbirsizliklə gözləyirik!”.

Qeyd edək ki, T.İsmayıl Rusiyanın nüfuzlu televiziya kanallarında Azərbaycanın və Türkiyənin maraqlarını müdafiə edən siyasi şərhçi kimi kimi tanınıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?