Modern.az

Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR

Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR

Aktual

30 Mart 2021, 20:00

"Azərbaycan Hava Yolları" QSC-nin aşağıbüdcəli törəməsi - “Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşların sayını 3 dəfədən 4 dəfəyə qədər artırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Avisasiya Agentliyinin təsdiqlədiyi yay uçuş cədvəlində bildirilir.

 

Bu ilin oktyabrın 30-na qədər qüvvədə olacaq cədvələ əsasən, reyslər çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək. Bakıdan Tbilisiyə uçuş saat 07:00-da, əks istimaqətə uçuş isə saat 10:10-da olacaq.

 

Batumi beynəlxalq hava limanının yay uçuş cədvəlində Acarıstan paytaxtı və Bakı arasında aviareyslər yer almayıb.

 

Cədvəldə Tbilisi hava limanından 24, Batumi aeroportundan isə 6 istiqamət üzrə müntəzəm reyslərin yerinə yetiriləcəyi qeyd edilib.("Report.az")

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?