Modern.az

“AstraZeneca” peyvəndi vurulan 30-dan çox insanda tromboz yarandı

“AstraZeneca” peyvəndi vurulan 30-dan çox insanda tromboz yarandı

Aktual

30 Mart 2021, 20:17

“AstraZeneca” şirkətinin “Vaxzevria” peyvəndini vurduranlar arasında 30-dan çox insanın beynində tromboz hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Der Spiegel” Almaniyanın Paul Ehrlich İnstitutuna istinadən xəbər verib.

 

Məlumata görə, 31 xəstənin doqquzu artıq ölüb.

 

Fəsadlar 36 və 57 yaşlarında iki kişidə, həmçinin 20-63 yaş arasındakı 29 qadında aşkar edilib.

 

Nəşrdə bildirilir ki, 19 vəziyyətdə həkimlər trombositopeni (trombosit sayında azalma) müşahidə ediblər.

 

“Der Spiegel” Almaniyada təxminən 2.7 milyon insanın “AstraZeneca” peyvəndi vurdurduğunu qeyd edib. Digər 800 nəfər artıq ikinci peyvənd dozasını alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...