Modern.az

Çexiyada helikopter qəzası

Çexiyada helikopter qəzası

Aktual

30 Mart 2021, 23:51

Çexiyada iki yerlik “Heli-Sport CH-77 Ranabot” helikopteri 90 metr hündürlükdən Praqa yaxınlığında yerə düşüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə polisin nümayəndəsi Mixaela Rixterova jurnalistlərə bildirib.

 

Məlumata görə, hadisə zamanı 2 nəfər həlak olub.

 

"Helikopter hələlik məlum olmayan səbəblərdən Praqa yaxınlıqdakı Dobrjixovise yaşayış məntəqəsində təxminən 90 metr hündürlükdən yerə düşüb. Qəza nəticəsində iki nəfər həlak olub, polis hələ onlar haqqında məlumatlara malik deyil", - Rixterova deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?