Modern.az

Ceyhun Bayramov Moskvaya getdi

Ceyhun Bayramov Moskvaya getdi

Aktual

1 Aprel 2021, 10:36

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb.

XİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

C.Bayramovun səfər çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla təkbətək görüşü də gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?