Modern.az

Bağçalarla bağlı qərarı icra başçıları verəcək

Bağçalarla bağlı qərarı icra başçıları verəcək

Aktual

1 Aprel 2021, 17:05

Ənənəvi tədrisin dayandırılması ilə bağlı bu gün verilmiş qərar hələlik yalnız ümumtəhsil müəssisələrinə aiddir.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

 

Onun sözlərinə görə, ali təhsil müəssisələrində əyani tədrisə başlanılmamışdı. Bu müəssisələrdə tədris distant formada aparılırdı:

 

“Məktəbəqədər təhsil müəssisələri isə yerli icra hakimiyyəti orqanlarına tabedir. Həmin icra hakimiyyəti orqanları vəziyyəti təhlil edərək müvafiq qərar qəbul edəcəklər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi