Modern.az

Bakı Təhsil İdarəsinin rəhbərliyi təltif olunub - FOTOLAR

Bakı Təhsil İdarəsinin rəhbərliyi təltif olunub - FOTOLAR

Aktual

2 Aprel 2021, 15:54

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi təltif olunub.


Modern.az xəbər verir ki, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavinləri Hüseyn Əsgərov və Teymur Əhmədov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) 100 illik yubiley döş nişanı ilə təltif edilib.


ATİAHİ-nin Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə döş nişanlarını təqdim edib və təbriklərini çatdırıb.


BŞTİ müdiri M.Vəliyeva ATİAHİ-ni yubiley münasibətilə təbrik edərək, onların həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib və göstərilən diqqətə görə təşəkkürünü ifadə edib.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı