Modern.az

“Türkiyə ilə sərhədlər istənilən an açıla bilər” - Mirzoyan

“Türkiyə ilə sərhədlər istənilən an açıla bilər” - Mirzoyan

Dünya

Bu gün, 13:14

Ermənistanla Türkiyə arasında dialoq intensiv və səmərəli şəkildə davam edir.

Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan noyabrın 5-də 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.

Nazir qeyd edib ki, əldə olunan irəliləyişə və müsbət dinamikaya baxmayaraq, Ermənistan-Türkiyə sərhədi hələ də bağlı olaraq qalır.

Onun sözlərinə görə, proses artıq o qədər müsbət mərhələyə çatıb ki, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması istənilən an baş verə bilər.

“Diplomatik münasibətlər də daxil olmaqla, sərhədlərin açılması və əlaqələrin qurulması Ermənistan iqtisadiyyatına əhəmiyyətli fayda gətirəcək”, – deyə Mirzoyan vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!