Modern.az

Ceyhun Bayramov Türkiyənin yeni səfirindən YAZDI

Ceyhun Bayramov Türkiyənin yeni səfirindən YAZDI

Aktual

3 Aprel 2021, 15:56

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçıya fəaliyyətində uğurlar arzulayıb.

 

Modern.az-ın məlumatına görə, C. Bayramov “Tvitter” səhifəsində yazıb ki, C. Bağçıya bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcək şərəfli və məsuliyyətli vəzifəsində müvəffəqiyyətlər arzu edir.

 

Qeyd edək ki, Türkiyə Prezidentinin sərəncamı ilə Cahit Bağçı Türkiyənin Azərbaycandakı səfiri təiyn edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?