Modern.az

Koronavirusdan sağalanlara SMS niyə gec göndərilir? - AÇIQLAMA

Koronavirusdan sağalanlara SMS niyə gec göndərilir? - AÇIQLAMA

Aktual

5 May 2021, 16:03

Koronavirusdan sağalan bəzi xəstələrin karantin müddəti bitsə də, onlara evdən çıxa bilmələri barədə SMS gəlmir və ya gecikir.


Bu da insanlarda bəzi narazılıq və qorxuya səbəb olur. Belə insanlar normal həyatlarına, işlərinə dönə bilərlərmi?


Mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki,  vətəndaşa mesaj göndərilməməsinin və ya  gec göndərilməsinin səbəbləri müxtəlif ola bilər:


“Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan şəxs sahə həkimi tərəfindən evdə nəzarətə götürülür. Vətəndaşla bağlı bütün lazımi məlumatlar sahə həkimi tərəfindən proqram təminatına daxil edilir.

Bu zaman vətəndaş yaşayış yerində və ya olduğu yerdə 14 gün müddətində təcrid olunması barədə SMS bildiriş alır.

Bu müddət ərzində sahə həkimi vətəndaşla əlaqə saxlayır, səhhəti ilə maraqlanır və ehtiyac olduqda lazımi müalicələr təyin edir.

14 gün başa çatdıqdan sonra sahə həkimi vətəndaşla əlaqə saxlayır. Vətəndaş sağaldığı halda sahə həkimi proqram təminatı üzərindən sağalma statusu ilə evdə nəzarəti başa çatdırır. Bu zaman vətəndaşa yaşayış yerində və ya olduğu yerdə təcridetmə müddətinin bitməsi barədə SMS bildiriş göndərilir.

Lakin bəzən vətəndaş sahə həkiminin müşahidəsindən imtina edir. Yaxud da vətəndaşa tibb müəssisəsində stasionar müalicə təyin edilir. Belə olduğu hallarda, vətəndaşa özünütəcrid rejiminin başa çatması barədə SMS bildiriş göndərilmir”.


Bəs belə olan halda vətəndaşlar  pols tərəfindən məsuliyyətə cəlb oluna bilərmi?


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, vətəndaşın adı e-təbib tətbiqində aktiv xəstə kimi qeyd olunduğu halda məsuliyyətə cəlb oluna bilər. Həmçinin adı portalda aktiv xəstə kimi qeyd olunmayanlara bu və digər səbəbdən SMS icasəsi gəlməsə belə, onların özlərini özünütəcrid müddəti bitmiş sayılır. Vətəndaşlar tətbiq vasitəsi ilə aktiv xəstə olub-olmamağını yoxlaya bilər.


Aysel Məhərrəova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV