Modern.az

Prezidentin müsahibəsinə baxış 3 milyonu ötdü

Prezidentin müsahibəsinə baxış 3 milyonu ötdü

Aktual

7 May 2021, 15:50

Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsi zamanı BBC-yə verdiyi müsahibə 3 milyon baxışı keçib.

 

Modern.az-ın məlumatına görə, indiyədək Azərbaycandan heç bir məqalə, açıqlama, müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib.

 

BBC-nin "Twitter" platformasında yayımlanan müsahibəyə Azərbaycanı, onun Prezidentini, ölkəmizin haqlı mübarizəsini dəstəkləyən kifayət qədər rəy yazılıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyev müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də Azərbaycanın maraqlarını müdafiə edib, həqiqətləri bütün dünyaya çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!