Modern.az

29 il əvvəl Şuşadan çıxan gənc bu gün eyni məkanda şəkil çəkdirdi - FOTO

29 il əvvəl Şuşadan çıxan gənc bu gün eyni məkanda şəkil çəkdirdi - FOTO

Aktual

12 May 2021, 18:11

Bu gün Şuşadakı Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalının iştirakçılarından biri də musiqiçi, Əməkdar artist Fuad İbrahimovdur.

 

Modern.az xəbər verir ki, Fuad İbrahimov 29 il əvvəl 9 yaşında Şuşanı Cıdır düzündən havaya qalxan helikopterlə tərk etmişdi. O, illər sonra həmin nöqtədə Avropa Azərbaycan musiqisinin təbliğatçısı və şuşalı kimi qürurla diyanı.

 

Fuad İbrahimov 1982-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olub. Öncə Bakı Musiqi Akademiyasını viola ixtisası üzrə, sonra isə Köln Ali Musiqi Məktəbini dirijor ixtisası ilə bitirib,  2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaranan “Yeni Filarmoniya” gənclər simfonik orkestrinə dirijor təyin olunub və bu orkestrlə Berlində “Young.Euro.Classic” musiqi festivalında (2008/10), İtaliyanın Toskana şəhərində MPF musiqi festivalında (2010) iştirak edib.
Həmin il Köln Ali Musiqi Məktəbinin “Simfonietta” tələbə simfonik orkestrinə dirijor təyin olunub. Gənc dirijor kimi müsabiqə yolu ilə Berliner Philharmoniker, Gevandhaus Leipzig, Dresdner Staatskapelle, Konzerthaus Berlin Orchester ilə çalışmaq hüququ qazanıb.

 

Gənc dirijor müxtəlif illərdə Cənubi Vestfalia Filarmonik Orkestri, Critical Orchestra Berlin, Leipzig və Nürnberq Simfonik Orkestrləri ilə birgə dünyanın müxtəlif konsert salonlarında tamaşaçılar qarşısına çıxış edib.

 

2014-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının aparıcı kollektivi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orketrində dirijor vəzifəsində çalışır. Bundan əlavə Fuad İbrahimov Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri “Baku Chamber Orchestra” kollektivin baş dirijorudur.

Fidan İlqar

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı