Modern.az

Paşinyan yeni hökumətdə iş adamlarına vəzifə verəcək

Paşinyan yeni hökumətdə iş adamlarına vəzifə verəcək

Aktual

15 May 2021, 09:34

Ermənistanda 20 iyun tarixli növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca, daxili siyasi vəziyyət daha da gərginləşir.

Modern.az xəbər verir ki, Ermənistan mediası hazırkı baş nazir Nikol Paşinyanın yenidən qələbə çalacağı təqdirdə hökumətdəki nazirlərin əksəriyyətini dəyişəcəyindən yazır.

"Hraparak" qəzetinin məlumatına görə, Paşinyanın hökumət siyahısındakı hər beşinci şəxs yeni bir sima olacaq. Belə ki, Nikol Paşinyanın hökumət qurularkən iş adamlarını siyahısına əlavə etmək qərarına gəldiyi bildirilir. 

Onun siyahısında 5-ci şəxsin 2018-ci ildəki hakimiyyət dəyişikliyindən ən çox qazanan iş adamı Xaçatur Sukiasyanın, 10-cu nömrənin isə Gurgen Arsenyan olacağın qeyd edilir.
Hazırkə səlahiyyətlilərin heş biri siyahıda hansı yeri tutacağını bilmir․ Paşinyan bunu son günə - 25-26 maya qədər gizli saxlamağa qərar verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı