Modern.az

Çində daha bir vaksinin istifadəsinə razılıq verildi

Çində daha bir vaksinin istifadəsinə razılıq verildi

Aktual

15 May 2021, 18:00

Çinin dərmanların keyfiyyətinə nəzarət edən müvafiq qurumu COVID-19 virusu əleyhinə daha bir peyvəndin təcili istifadəsinə icazə verib.

 

Modern.az xəbər verir ki, Şencen şəhərindəki “Kangtai” şirkətinin hazırladığı inaktiv vaksinin hazırda 3-cü mərhələ kliniki sınaqları aparılır. İndiyədək olan nəticələr peyvəndin təhlükəsiz və effektli olduğunu göstərib.

 

“Kangtai” şirkəti, bundan başqa, “AstraZeneca” şirkətinin Oksford Universiteti mütəxəssisləri ilə birgə hazırladıqları COVID-19 peyvəndinin Çində istehsalı üzrə eksklüziv hüquqlara malikdir.

 

Qeyd edək ki, bu, Çində təcili istifadəsinə icazə verilən 6-cı COVID-19 peyvəndidir. Bundan əvvəl Çinin "Sinopharm" şirkətinin 2, "Sinovac" və "CanSino" şirkətlərinin, habelə Çin Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun bir peyvəndinin təcili istifadəsinə razılıq verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı