Modern.az

Volkan Bozkır Qəzzaya görə iclas çağıracaq

Volkan Bozkır Qəzzaya görə iclas çağıracaq

Aktual

15 May 2021, 20:52

Qəzza ətrafında yaranmış vəziyyətlə bağlı BMT Baş Assambleyasının iclası keçirilə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır tvitterdə yazıb.

 

"Sabah keçiriləcək BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatının iclaslarından sonra Şərqi Qüdsdə və işğal olunmuş Fələstin bölgəsindəki pisləşən vəziyyətlə əlaqədar üzv dövlətlərin tələbi olduğu təqdirdə, vəziyyəti müzakirə etmək üçün BMT Baş Assambleyasının iclasını çağıracağam", - deyə BMT Baş Assambleyasının Prezidenti bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia