Modern.az

“Lester Siti” “Uembli”də tarix yazdı

“Lester Siti” “Uembli”də tarix yazdı

Aktual

15 May 2021, 22:55

Mayın 15-də futbol üzrə İngiltərə kubokunun final görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, turnirin həlledici görüşündə “Lester Siti” və “Çelsi” klubları üz-üzə gəlib.

 

"Lester Siti" Londondakı "Uembli" stadionunda 21 min tamaşaçının iştirakı ilə keçirilmiş final oyununda "Çelsi"yə minimal hesabla qalib gəlib - 1:0.

 

Oyunda yeganə qolu 63-cü dəqiqədə Yuri Tilemans vurub. Ben Çiluell görüşün sonlarında bərabərlik qolunu vursa da, VAR-a müraciət edildikdən sonra top hesaba alınmayıb.

 

Beləliklə, "Lester Siti" tarixində ilk dəfə İngiltərə kibokunun qalibi olub. "Tülkülər" kuboku əldə edən 44-cü komanda olub. Əvvəlki dörd finalda “Lester Siti” məğlubiyyətlə üzləşib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı