Modern.az

FHN Gəncədə təhlükəni aradan qaldırdı

FHN Gəncədə təhlükəni aradan qaldırdı

Aktual

15 May 2021, 23:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində daş parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.az FHN-ə istinadla xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

 

Xilasedicilər daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!