Modern.az

“Azərbaycan və Ermənistanla əla münasibətimiz var” - Fələstin səfiri

“Azərbaycan və Ermənistanla əla münasibətimiz var” - Fələstin səfiri

Aktual

15 May 2021, 23:53

“Fələstin Türkiyənin verdiyi dəstəyi yüksək qiymətləndirir, lakin mövcud gərginliyi Qarabağdakı vəziyyətlə müqayisə etmək istəmir”.

 

Modern.az-ın məlumatına görə, bunu TASS- Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl bildirib.

 

“Biz mövcud vəziyyəti Dağlıq Qarabağda baş verənlərlə müqayisə etmək istəməzdik. Bizim Ermənistan və Azərbaycanla, eyni zamanda Türkiyə ilə əla münasibətimiz var. Türkiyənin Fələstin məsələsindəki mövqeyinə görə minnətdarıq və bunu çox yüksək qiymətləndiririk”, - deyə Fələstin səfiri bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı