Modern.az

Dünən keçirilən imtahanların nəticələri bu tarixdə AÇIQLANACAQ

Dünən keçirilən imtahanların nəticələri bu tarixdə AÇIQLANACAQ

Aktual

16 May 2021, 09:56

Dövlət İmtahan Mərkəzində (DİM) 2021-ci il mayın 15-də TOEFL iBT imtahanları keçirilib.

 

Modern.az-ın məlumatına görə, imtahanlar iki növbədə DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

Günün birinci yarısında keçirilən imtahanda 8, ikinci yarısında keçirilən imtahanda isə 12 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının mayın 22-də keçirilməsi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı