Modern.az

Lənkəranda zəncirvari qəza - 5 nəfər xəsarət aldı

Lənkəranda zəncirvari qəza - 5 nəfər xəsarət aldı

Aktual

16 May 2021, 17:38

Lənkəranda 3 avtomobil toqquşub.

 

Modern.az-ın məlumatına görə, yol qəzası rayonun "Ləvəngi dairəsi" deyilən ərazisində baş verib. "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq ilk olaraq dayanmış vəziyyətdə olan eyni markalı maşınla, sonra isə "Mercedes" markalı mikroavtobusla toqquşub. Nəticədə azı 5 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.

 

Hadisə yerinə gələn FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalan sərnişinləri xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı