Modern.az

Türkiyədən Fələstinlə bağlı TƏKLİF

Türkiyədən Fələstinlə bağlı TƏKLİF

Aktual

16 May 2021, 18:00

Türkiyə Fələstində dinc sakinlərin müdafiəsnin təmin olunması üçün beynəlxalq qüvvələrin yaradılmasının tərəfdarıdır.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasında deyib.

 

O bildirib ki, Fələstin məsələsində birlik göstərməyin vaxtı çatıb:

 

"Beynəlxalq ictimaiyyət fələstinli dinc sakinlərin təhlükəsizliyinin təmin olunmasına məsuliyyət daşıyır, və bu məsuliyyətin böyük hissəsi İƏT-in üzərinə düşür. Biz Fələstin sakinlərinin müdafiəsi üçün beynəlxalq mexanizmin yaradılması üzərində işləməliyik. Bu təşəbbüs maraqlı tərəflərin hərbi və maliyyə dəstəyinə malik olan beynəlxalq qüvvələrin yaradılmasını da əhatə etməlidir". 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı