Modern.az

Azərbaycanda iqtisadiyyatın kreditləşməsi artıb

Azərbaycanda iqtisadiyyatın kreditləşməsi artıb

Aktual

16 May 2021, 18:16

2021-ci ilin martında Azərbaycanda iqtisadiyyatın kreditləşməsi fevral ayı ilə müqayisədə 0,7 faiz artıb.

 

Modern.az bu barədə Dünya Bankının aylıq hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycanda istehlak və ipoteka kreditləşməsi də artıb.

 

2021-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatının kreditləşməsi ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz azalıb. Mart ayında problemli kreditlərin həcmi bankların kredit portfelində 6,2 faizə bərabər olub.

Bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 10 faiz azalıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı