Modern.az

Müxalifət Ermənistan hakimiyyətini istefaya səslədi

Müxalifət Ermənistan hakimiyyətini istefaya səslədi

Aktual

16 May 2021, 18:51

Ermənistanda siyasi partiyalar baş nazir vəzifələrini icra edən Nikol Paşinyanı və ölkə prezidenti Armen Sarkisyanı vəzifədən uzaqlaşdırmağa çağırıb.

 

Modern.az-ın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, çağırışı üç partiya, "Azadlıq", "Ərik ölkəsi" və "Milli Təhlükəsizlik" partiyaları irəli sürüb.

Qeyd olunur ki, prezident və baş nazir vəzifələrini icra edən şəxslər öz səlahiyyətləri çərçivəsində işlərini yerinə yetirmədikləri üçün vəzifədən uzaqlaşmalıdır.

 

Bundan başqa, onların barəsində cinayət işinin açılması da təklif olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı