Modern.az

Tovuzda yol qəzası - xəsarət alan var

Tovuzda yol qəzası - xəsarət alan var

Aktual

16 May 2021, 23:12

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Aşağı Əyyublu kəndində qeydə alınıb.

 

Minik avtomobilinin sürücüsü qaranlıq hava şəraitində yolun ortası ilə hərəkət edən mal-qaranı görməməsi səbəbindən qəza törədib.
Hadisə zamanı mal-qaranın sahibi, 1962-ci il təvəllüdlü Həmzəyev Namaz Qaraca oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Qəza zamanı avtomobilin ön hissəsi əzilərək yararsız hala düşüb.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!