Modern.az

Bakıda marşrut sürücüsündən təhlükəli hərəkət - VİDEO

Bakıda marşrut sürücüsündən təhlükəli hərəkət - VİDEO

Aktual

17 May 2021, 00:17

Bakıda sərnişin daşıyan marşrutun sürücüsü insanların həyatını təhlükəyə atır.

 

Modern.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

Belə ki, “Ceyhun528” adlı “TikTok” sosial şəbəkə istifadəçisi iş başında olarkən hərəkət zamanı özünün videogörüntülərini çəkib və sözügedən şəbəkəyə yükləyib.

 

Çəkiliş zamanı onun təhlükəsizlik qaydalarını kobud şəkildə pozduğu, üstəlik mövcud pandemiya qaydalarının əksinə olaraq maskadan istifadə etmədiyi aydın görünür.

 

Avtobusdakı sərnişinlərin icazəsiz və xəbərsiz şəkildə videoya düşməsi ilə insanların şəxsi həyatına müdaxilə də yol verilən qanunsuzluqlardan biridir (oxu.az).

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı