Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Kürdəxanı qəsəbəsində yolu keçən orta yaşlı qadını (şəxsiyyəti müəyyənləşdirilir-red.) avtomobil vurub. Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisənin təfərrüatı araşdırılır (report).