Xalq artisti Flora Kərimova uzun illər sonra işğaldan azad olunan Şuşa şəhərindəki məhəllələrinə gedib.
Modern.az xəbər verir ki, bu barədə müğənni özünün instaqram hesabında paylaşım edib.
“Havasından doymadığım, suyuna susadığım ocağım – Şuşam”, - deyə Flora Kərimova yazıb.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalı çərçivəsində doğma şəhərinə səfər edib.
T.İSMAYIL