Modern.az

Füzulidə baramaçılığın inkişafı nəzarətdə saxlanılır

Füzulidə baramaçılığın inkişafı nəzarətdə saxlanılır

Aktual

17 May 2021, 09:10

Prezident İlham Əliyevin respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır.


Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli rayon prokuroru Elnur Rüstəmov ilə birgə Ramazan bayramı günlərində karantin qaydalarını gözləməklə Bala Bəhmənli kəndində olub, orada ipəkqurdu saxlayan kümçülərlə görüşüb, söhbət edib, məsləhət və tövsiyyələr verib.
Bu barədə Modern.az-a İcra hakimiyyətindən məlumat verilib.

Alı Alıyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən baramaçılığın uzun fasilədən sonra bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının daha da yüksəldilməsinə xidmət edir.


İpəkqurdu saxlayan kümçülər isə ölkə başçısının tapşırığı ilə respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın yenidən bərpa olunmasını yüksək qiymətləndiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı