Modern.az

Hipertoniyadan əziyyət çəkənlərin yarısının öz xəstəliyindən xəbəri yoxdur - Nazirlik

Hipertoniyadan əziyyət çəkənlərin yarısının öz xəstəliyindən xəbəri yoxdur - Nazirlik

Aktual

17 May 2021, 09:40

Bu gün dünyada arterial hipertoniyadan 1,5 milyard insan əziyyət çəkir.

 

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi 17 may - Ümumdünya Hipertoniya ilə Mübarizə Günü ilə bağlı yaydığı açıqlamada qeyd edib. Məlumatda deyilir ki, həmin şəxslərin demək olar ki, yarısının öz xəstəliyindən xəbəri yoxdur: "Ümumdünya Hipertoniya ilə Mübarizə Günü 17 may 2006-cı il tarixdə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan edilib və bütün dünyada qeyd olunur.

 

Bunu nəzərə alaraq, bu gün əhali xəstəliklə mübarizədə mühüm rol oynayan profilaktik tədbirlər, eyni zamanda xəstəliyin diaqnostika və müalicəsinə dair məlumatlandırılır.

 

Qeyd edək ki, arterial təzyiqin (AT) normal göstəriciləri: 100-140/60-90 mm. civə sütunudur. Arterial hipertoniya və ya hipertenziya xəstəliyi diaqnozunun qoyulması üçün arterial təzyiqin davamlı olaraq yüksək olması tələb olunur. Qan təzyiqinin yüksəlməsi böyük risk amilidir. Müalicənin əsasını həyat tərzinin dəyişdirilməsi təşkil edir".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı